azturkxeber.az
http://azturkxeber.az

IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda “Anadolunun qapıları arxasındakı xəzinələr” adlı sərgidə iştirak ediblər

23-09-2025

Sentyabrın 22-də ABŞ-ın Nyu-York şəhərində yerləşən Türk Evində Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə “Anadolunun qapıları arxasındakı xəzinələr” adlı sərgi keçirilib.

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva sərgidə iştirak ediblər.

Qədim sivilizasiyalara aid sənət nümunələrinin və əl işlərinin nümayiş olunduğu sərginin məqsədi Anadolu mədəniyyətinin təbliği və mədəniyyətlərarası dialoqun təşviqidir.

Türkiyənin birinci xanımı Əminə Ərdoğan bildirib ki, bu tədbir təkcə kökü qədim tarixə söykənən Anadolu mədəniyyətinin incəliklərini ortaya qoymur, eyni zamanda, müasir həyatda da Anadolu insanının minillik təcrübəsi və bacarıqlarının öyrənilməsinin zəruriliyini sübut edir.

Əminə Ərdoğan ətraf mühitin mühafizəsi məqsədilə "Sıfır Tullantı" prinsipinin nəinki müasir dövrdə, qədim zamanlarda belə Anadolu coğrafiyasında prioritet istiqamət olduğunu deyib.

Sərgi Anadolunun zəngin məhsul müxtəlifliyinə həsr olunmuş “Torpağın münbitliyi”, “Mətbəxin toplanması” və “Əllərin ustalığı” adlı üç əsas mövzunu əhatə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930