azturkxeber.az
http://azturkxeber.az

Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreyanın nüvəsizləşdirilməsinə sadiqliklərini bəyan edib

23-09-2025

Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreyanın nüvəsizləşdirilməsinə sadiqliklərini bəyan edib

Cənubi Koreya, ABŞ və Yaponiyanın xarici siyasət idarələrinin rəhbərləri Şimali Koreyanın (KXDR) nüvəsizləşdirilməsinə qətiyyətli sadiqliklərini təsdiqləyiblər.

BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda görüşən Cənubi Koreyanın xarici işlər naziri Ço Hyun, ABŞ dövlət katibi Marko Rubio və Yaponiyanın xarici işlər naziri Takeşi İvaya Şimali Koreyanın nüvə təhdidləri də daxil olmaqla tərəfdaşlıq və digər ortaq məsələlərlə bağlı müzakirələr aparıblar. Şimali Koreya lideri Kim Çen Inın nüvə ehtiyatlarından imtina etmək niyyətində olmadığını bildirməsindən sonraya təsadüf edən görüşün yekununa dair bəyanatda deyilir ki, tərəflər Koreya yarımadasında dialoq və diplomatiya yolu ilə sülh və sabitliyin qorunması üçün səylərini davam etdirərək, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Koreya Xalq Demokratik Respublikasının nüvəsizləşdirilməsinə qətiyyətlə sadiqdir.

Nazirlər BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin pozulması və yayınma hallarına qarşı qətiyyətlə çıxış edərək digər ölkələrlə əməkdaşlıq şəraitində KXDR-ə qarşı sanksiya rejiminin saxlanması və gücləndirilməsinin vacibliyini vurğulayıblar. Bundan başqa, diplomatlar üçtərəfli hərbi təlimlərin müntəzəm keçirilməsi də daxil olmaqla, möhkəm təhlükəsizlik əməkdaşlığını inkişaf etdirərək müdafiə qabiliyyətini gücləndirmək əzmlərini bir daha təsdiqləyiblər.

Tərəflər Şimali Koreyanın Rusiya ilə dərinləşən hərbi əməkdaşlığından, o cümlədən Moskvanın Pxenyanın hərbi imkanlarına, xüsusən də onun uzaqmənzilli raketlərinə dəstəyindən ciddi narahat olduqlarını təkrarlayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930