Azərbaycan nümayəndə heyəti Nyu Yorkda səfərdədir
Bahar Muradovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Nyu Yorkda səfərdədir.
22 sentyabr 2025-ci il tarixində BMT-nin baş qərərgahında (Nyu York) Qadınlara dair Dördüncü Dünya Konfransının otuzuncu ildönümünə həsr olunmuş Baş Assambleyanın Yüksək Səviyyəli İclası keçirilir.
“Gender bərabərliyinə, bütün qadınların və qızların səlahiyyətlərinin artırılmasına nail olmaq üçün Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının yenilənməsi, resursların ayrılması və icrasının sürətləndirilməsi” mövzusunda keçirilən iclasda Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iştirak edir.
Qeyd edək ki, sessiya çərçivəsində Bahar Muradovanın bir sıra ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.