azturkxeber.az
http://azturkxeber.az

Avropa İttifaqı ilə İndoneziya arasında azad ticarət sazişi imzalanıb

23-09-2025

Avropa İttifaqı ilə İndoneziya arasında azad ticarət sazişi imzalanıb

Avropa İttifaqı (Aİ) ilə İndoneziya arasında azad ticarət sazişi barədə doqquz il davam edən danışıqlar uğurla başa çatıb.

Aİ-nin ticarət komissarı Maroş Şefçoviç və İndoneziyanın iqtisadiyyat naziri Airlanqa Hartartonun Balidə imzaladıqları iqtisadi və investisiya sazişlərinə əsasən Aİ-dən İndoneziyaya idxal olunan malların, o cümlədən avtomobil və kənd təsərrüfatı məhsullarının gömrük rüsumları demək olar ki, tamamilə ləğv ediləcək.

M.Şefçoviç bu razılaşmanın dünya üçün güclü siqnal olduğunu vurğulayaraq, rüsumların 98 faizindən çoxunun aradan qaldırılmasının tərəflərə mühüm üstünlüklər qazandıracağını deyib.

Aİ Komissiyasının sədri Ursula Fon der Lyayen isə sazişin Avropaya təmiz texnologiyalar və polad sənayesi üçün həyati əhəmiyyət daşıyan xammala etibarlı çıxış imkanı verəcəyini, həmçinin şirkətlər və fermerlər üçün yeni imkanlar yaradacağını qeyd edib.

Qeyd edək ki, dünyanın ən böyük nikel ehtiyatlarına malik İndoneziya yaxın illərdə hasilatı artırmağı planlaşdırır. Razılaşma qüvvəyə minməzdən əvvəl Aİ Şurası və Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930