azturkxeber.az
http://azturkxeber.az

Babək Rayonunda Şəhid Ailələrinin Sağlamlığına Dair Tibbi Aksiyalar Keçirilib

23-09-2025

Səhiyyə Nazirliyinin, Babək Rayon İcra Hakimiyyətinin və Babək Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə şəhid ailələrinin sağlamlıq qayğısına xüsusi diqqət göstərilib

Bu məqsədlə Babək Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası 10–20 sentyabr 2025-ci il tarixlərində şəhid ailələrinə ev ziyarətləri həyata keçirib. Terapevt, pediatr, kardioloq, nevropatoloq, cərrah, LOR, stomatoloq və digər ixtisas həkimlərindən ibarət tibbi heyət ailə üzvlərinin sağlamlıq vəziyyətini qiymətləndirib, müayinələr aparıb, laborator analizlər götürüb, təzyiqləri ölçüb.

Müayinələr nəticəsində əlavə tibbi yardıma ehtiyacı olan şəxslər Babək Rayon Mərkəzi Xəstəxanasına dəvət edilərək genişləndirilmiş müayinələrə cəlb olunublar.

Ümumilikdə 9 şəhid ailəsi ziyarət edilib, onların sağlamlıq durumuna diqqət və qayğı göstərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930