azturkxeber.az
http://azturkxeber.az

Nazir: Azərbaycan region ölkələrini bir araya gətirərək Orta Dəhlizin möhkəmlənməsinə töhfə verib

22-09-2025

Nazir: Azərbaycan region ölkələrini bir araya gətirərək Orta Dəhlizin möhkəmlənməsinə töhfə verib

Azərbaycan yalnız infrastruktur layihələrini deyil, bu infrastrukturdan ən səmərəli istifadənin yollarını da birlikdə müəyyənləşdirir. Bu, region ölkələrinin ortaq uğuru üçün vacibdir.

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, Zəngəzur dəhlizi Orta Dəhlizin əsas tərkib hissəsinə çevrilir və regionun gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır.

“Bu ideya son beş ildə davamlı olaraq gündəmdə saxlanılıb. Avqustda keçirilən beynəlxalq görüşlərdə də Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm arteriyası kimi təsdiqləndi. Biz bu dəhlizi mövcud marşrutlara alternativ deyil, ölkələrin inkişaf və rifahına xidmət edən strateji yol kimi görürük. Proqnozlara əsasən, dəhlizlə illik yükdaşımanın həcmi 15 milyon tona qədər artacaq. Azərbaycan uzun illərdir ki, yalnız infrastruktur qurmaqla kifayətlənməyib, eyni zamanda region ölkələrini bir araya gətirərək Orta Dəhlizin möhkəmlənməsinə töhfə verib”, - deyə Rəşad Nəbiyev vurğulayıb.

Nazir qlobal ticarət tendensiyalarından danışaraq qeyd edib ki, uzun müddət dünya ticarəti cəmi bir neçə ölkənin nəzarətində olub: “Bu tendensiya dəyişir. İndi Körfəz, Cənubi Qafqaz, Mərkəzi və Cənub-Şərqi Asiya ölkələri təkcə ticarətdə deyil, texnologiyanın tətbiqində və inkişafında da mühüm rol oynayır. Ötən il dünya ticarətinin dəyəri təxminən 33 trilyon dollar təşkil edib. Lakin tranzit marşrutlarının şaxələndirilməsi hələ də çətinliklərlə üzləşir. Bu baxımdan Azərbaycan Şərq və Qərb arasında müxtəlif dəhlizlərin inkişafında əsas rol oynaya bilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930