azturkxeber.az
http://azturkxeber.az

Keniyanın Baş prokuroru: Azərbaycanla bizi birləşdirən hüququn aliliyi və insan hüquqlarına hörmətdir

22-09-2025

Bu gün Azərbaycan və Keniyanı birləşdirən ortaq dəyərlər ədalət, hüququn aliliyi və insan hüquqlarına hörmətdir.

Bunu Keniyanın Baş prokuroru Renson İngonga Azərbaycanın Baş Prokurorluğun təşkilatçılığı ilə Bakıda "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Çıxışcı vuruğulayıb ki, 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş bu Konstitusiya Azərbaycanın suverenliyinin, birliyinin və hüququn aliliyi əsasında demokratik dövlət qurmaq əzm və iradəsinin canlı ifadəsidir:

"O, bərabərlik, insan ləyaqəti və sosial ədalət prinsiplərini təsbit edir və bununla da hər bir vətəndaşın hüquq və azadlıqlarının təmin edildiyi möhkəm bünövrə yaradır. Konstitusiyanın ən mühüm xüsusiyyətlərindən biri dövlət hakimiyyətinin mənbəyi kimi xalqı tanımasıdır. Bu fundamental prinsip idarəetmənin xalqın iradəsindən qaynaqlandığını və onların rifahı naminə həyata keçirildiyini təmin edir. Prokurorlar olaraq bizim vəzifəmiz bu hüquqların yalnız mətnlərdə qalmamasını, vətəndaşların gündəlik həyatında real şəkildə hiss olunmasını təmin etməkdir. Hər bir cinayət işində təqsirsizlik prezumpsiyasını qorumaq, ədalətli məhkəmə təminatını və qurbanların ləyaqətini müdafiə etmək məsuliyyətimizdir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930