azturkxeber.az
http://azturkxeber.az

Kamran Əliyev: Prokurorluq institutu hüquqi dövlətin möhkəmlənməsinə və cəmiyyətin demokratik inkişafına xidmət göstərir

22-09-2025

Azərbaycan Prokurorluğu yüz ildən artıq bir tarixə malikdir. Çətin və mürəkkəb sınaqlarla zəngin bu şərəfli və məsuliyyətli tarixi yolda prokurorluq institutu bir neçə inkişaf mərhələsindən keçib. Müstəqil Azərbaycanın ilk Konstitusiyası milli prokurorluq orqanlarının dövlətin və cəmiyyətin həyatında yeri və roluna da yeni baxış gətirib. Azərbaycan Respublikasının Konstitusiyasının 133-cü maddəsi “Azərbaycan Respublikasının Prokurorluğu” adlandırılmaqla prokurorluq orqanlarının səlahiyyəti, strukturu, habelə onun fəaliyyəti ilə bağlı bir sıra mühüm müddəaları müəyyən etməkdədir. Prokurorluq məhkəmə hakimiyyətinə aid edilsə də, əsas qanun prokurorluğun müstəqilliyini təsbit edib.

Bunu Baş Prokuror Kamran Əliyev "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" adlı dəyirmi masa formatında keçirilən beynəlxalq konfransda bildirib.

Kamran Əliyev qeyd edib ki, Konstitusiya və sahəvi qanunlarla prokurorluq dövlətin və cəmiyyətin mənafeyini müdafiə edən ali orqan kimi müəyyən edilib. “Əminliklə deyə bilərik ki, Prokurorluğun Azərbaycan Konstitusiyasında müəyyən edilmiş statusu qanunun aliliyinin təmin olunması, insan və vətəndaş hüquqlarının müdafiəsi, dövlətin və cəmiyyətin maraqlarının qorunması sahəsində müstəqil və obyektiv fəaliyyət göstərməsinə təminat verir. Prokurorluq institutu həm hüquqi dövlətin möhkəmlənməsinə, həm də cəmiyyətimizin demokratik inkişafına mühüm xidmət göstərir. İnanıram ki, bu konfrans qarşılıqlı əlaqələrimizin daha da inkişaf etdirilməsinə xidmət edəcək", - deyə Baş prokuror vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930