azturkxeber.az
http://azturkxeber.az

2025-2026-cı tədris ili üzrə elm və ali təhsildə yeniliklər və hədəflər müzakirə olunub

22-09-2025

Sentyabrın 19-da ali təhsil müəssisələri rəhbərlərinin iştirakı ilə “2025-2026-cı tədris ili: elm və ali təhsildə yeniliklər və hədəflər” mövzusuna həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, həmçinin ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

Elm və təhsil naziri Emin Əmrullayev tədbirdə çıxış edərək yeni tədris ilinə dair prioritet istiqamətlər, qarşıda duran vəzifələr və görüləcək işlər barədə ətraflı məlumat verib. Nazir ali təhsilin məzmununda həyata keçirilən yeniliklərin əhəmiyyətini vurğulayıb, dövlət tərəfindən maliyyələşdirmə mexanizmlərinə dair yeni yanaşmaların tətbiqi, elm və təhsilin inteqrasiyası, ali məktəblərin beynəlxalq reytinqlərdə mövqelərinin gücləndirilməsi kimi məsələlərin xüsusi önəm daşıdığını diqqətə çatdırıb.

Görüş zamanı 2025-2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələri təqdim olunub, yeni məzmunlu təhsil proqramlarının tətbiq sahəsinin genişləndirilməsi və maliyyələşdirilməsi, elmin inkişafında prioritet istiqamətlərin müəyyənləşdirilməsi, ali təhsildə idarəetmənin keyfiyyətinin və beynəlxalq əməkdaşlıq imkanlarının artırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Tədbirdə digər cari məsələlər müzakirə olunub, ali təhsil müəssisələrinin inkişafı və qarşıdakı dövrdə həyata keçiriləcək fəaliyyət planları ilə bağlı təkliflər səsləndirilib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930