Tramp Avropanı Rusiyadan neft almağı dayandırmağı tələb edib
ABŞ Prezidenti Donald Tramp yenidən Avropa ölkələrindən Rusiyadan neft almağı dayandırmağı tələb edib.
Bu barədə Tramp Virciniya ştatındakı çıxışı zamanı bildirib.
O, bu təcrübənin davam etməməli olduğunu və tezliklə bitəcəyini deyib: “Avropalılar Rusiyadan neft alırlar. Bu baş verməməlidir, elə deyilmi?”.
Bundan əlavə, Ağ Ev rəhbəri Moskva ilə Kiyev arasındakı münaqişəyə yenidən toxunub. Tramp Rusiya Prezidenti Vladimir Putinin hərəkətlərindən məyus olduğunu da qeyd edib.