azturkxeber.az
http://azturkxeber.az

Qazaxıstandakı dəvə karvanı Ginnesin Rekordlar Kitabına düşə bilər

21-09-2025

Qazaxıstandakı dəvə karvanı Ginnesin Rekordlar Kitabına düşə bilər

Qazaxıstanın Almatı vilayətinin Akşi kəndi yaxınlığındakı çöllükdə “Oysılqara” cinsindən ibarət uzun dəvə karvanı düzülüb.

Bu, dünyanın ən böyük dəvə karvanıdır. Karvan Almatı–Astana avtomobil yolunun kənarı ilə 1 kilometr məsafə qət edib. Yürüşün məqsədi bu nailiyyətin Ginnesin Rekordlar Kitabına salınmasıdır. Bunun üçün Qazaxıstana Ginnesin Rekordlar Kitabının rəsmi nümayəndələri gəlib.

Yaxın vaxtlarda dəvə karvanına dair videogörüntülər Londondakı xüsusi komissiyaya təqdim olunacaq və həmin komissiya bu unikal nailiyyətin Dünyanın Rekordlar Kitabına salınıb-salınmaması barədə qərar qəbul edəcək.

Tədbirin təşkilatçısı, “Daulet-Beket” heyvandarlıq təsərrüfatının rəhbəri Sıdık Dauletov qeyd edib ki, bu təşəbbüs qazax xalqının zəngin ənənələrini, dəvəçiliyin geniş potensialını və ümumilikdə ölkənin aqrar sektorunun imkanlarını nümayiş etdirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930