azturkxeber.az
http://azturkxeber.az

Nikol Paşinyan yenidən hakim partiyanın sədri seçilib

21-09-2025

Nikol Paşinyan yenidən hakim partiyanın sədri seçilib

“Mülki Müqavilə” Partiyasının VII qurultayı başa çatıb. Sonda təşkilati məsələyə baxılıb və partiyanın İdarə Heyətinin sədri və üzvləri seçilib.

Səsvermənin ilkin nəticələrinə görə, baş nazir Nikol Paşinyan 758 səslə İdarə Heyətinin sədri seçilib. Elektron hesablamadan sonra bülletenlərin əl ilə hesablanması da aparılacaq.

Partiyanın İdarə Heyətinin yekun tərkibi hələlik açıqlanmayıb.

Paşinyan qeyd edib ki, namizədlərin apellyasiya şikayəti vermək üçün 24 saat vaxtı var, bundan sonra yekun nəticələr açıqlanacaq.

“Mülki Müqavilə” partiyasının İdarə Heyətində qadınların da sayının artırılacağı bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930