azturkxeber.az
http://azturkxeber.az

Maduro: Venesuela xalqı ABŞ-ın təhdidləri qarşısında birləşib

21-09-2025

Maduro: Venesuela xalqı ABŞ-ın təhdidləri qarşısında birləşib

Venesuela xalqı ABŞ-ın təhdidləri qarşısında birdir və öz ölkələrinin suverenliyini müdafiə etməyə hazırdır.

Bunu Prezident Nikolas Maduro “Venezolana de Televisión” telekanalında deyib.

"Amerika imperiyası Simon Bolivarın vətənini təhdid edir. Biz Venesuela xalqının suverenliyinə, sülhə, yaşamaq və işləmək hüququna zəmanət vermək üçün həmişəkindən daha çox birləşmişik", - deyə dövlət başçısı bəyan edib. O, Vaşinqtonu təhdidlərə son qoymağa çağırıb və Venesuelanın “azad və suveren ölkə” olaraq qalacağını vurğulayıb.

Venesuela lideri dəfələrlə bəyan edib ki, ölkə son 100 ildə ABŞ-ın ən ciddi işğalı təhlükəsi ilə üz-üzədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930