azturkxeber.az
http://azturkxeber.az

Haaqada sağçı radikalların etirazları iğtişaşlarla nəticələnib, 30 nəfər həbs olunub

21-09-2025

Haaqada sağçı radikalların etirazları iğtişaşlarla nəticələnib, 30 nəfər həbs olunub

Niderlandın Haaqa şəhərində sağçı radikalların keçirdiyi mitinq nəzarətdən çıxaraq iğtişaşlarla nəticələnib.

Hökumətdən miqrasiya və sığınacaq məsələlərində daha sərt qanunların qəbul olunmasını tələb edən nümayişçilər polisə hücum edib, xidməti maşını yandırıb və liberalyönümlü D66 partiyasının ofisinə zərər vurublar. Polis gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edərək kütləni dağıdıb. Nəticədə 30 nəfər saxlanılıb, iki polis əməkdaşı xəsarət alıb. Hadisə zamanı təxminən 1500 etirazçı avtomagistralı bağlayaraq nəqliyyatı iflic edib.

Niderlandın müvəqqəti hökuməti və bir neçə partiya zorakılığı kəskin şəkildə pisləyib. Sağ populist siyasətçi Geert Vilders də hadisələri pisləyərək, iğtişaşçıların sərt şəkildə cəzalandırılmasını tələb edib. Onun rəhbərlik etdiyi PVV partiyası uzun müddətdir ölkədə ən sərt sığınacaq qanununun qəbulunu istəyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930