azturkxeber.az
http://azturkxeber.az

Britaniya mediası: Kir Starmer Fələstin dövlətini tanıyacaq

21-09-2025

Britaniya mediası: Kir Starmer Fələstin dövlətini tanıyacaq

Böyük Britaniyanın Baş naziri Kir Starmer bazar günü günortadan sonra edəcəyi açıqlamada ölkəsinin Fələstin dövlətini tanıdığını elan edəcək.

Bu addım iyul ayında K.Starmerin verdiyi bəyanatdan sonra atılır. O zaman Baş nazir bildirmişdi ki, əgər İsrail sentyabr ayına qədər Qəzzada atəşkəsə razılaşmasa və uzunmüddətli iki dövlətli həllə əsaslanan sülh prosesinə sadiqlik göstərməsə, London öz mövqeyini dəyişəcək.

Bu qərar ardıcıl Britaniya hökumətlərinin uzun illər davam edən siyasətindən kəskin dönüş hesab olunur. Əvvəllər rəsmi London Fələstinin tanınmasının yalnız sülh prosesinin bir hissəsi olaraq və maksimum təsir göstərəcək anda mümkün ola biləcəyini bəyan edirdi.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bu həftə Böyük Britaniyaya dövlət səfəri zamanı Fələstinin tanınması ilə razı olmadığını açıqlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930