azturkxeber.az
http://azturkxeber.az

Yağıntılı hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin müraciət

17-09-2025

Ölkəmizin əksər ərazilərində, o cümlədən paytaxt Bakı şəhərində yağıntılı hava şəraiti davam edır. Belə hava şəraiti yol örtüyünün sürüşkənliyini artırmaqla yanaşı, görmə imkanlarını da məhdudlaşdırır və bu, həm sürücülər, həm də piyadalar üçün əlavə risklər yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xəbərdar edir ki, sürücülər yol hərəkəti qaydalarına ciddi riayət etməli, sürət həddini hava şəraitinə uyğun seçməli, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə ara məsafəsini artırmalı, piyada keçidlərinə yaxınlaşarkən xüsusilə diqqətli olmalıdırlar.

Piyadalara xatırladılır ki, yalnız təyin olunmuş piyada keçidlərindən istifadə etməli, yağışlı havada sürücülərin görmə imkanlarının məhdud ola biləcəyini nəzərə alaraq daha diqqətli davranmalıdırlar.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını hava şəraitini nəzərə alaraq diqqətli olmağa və qaydalara ciddi şəkildə əməl etməyə çağırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930