DİN: Ölkə üzrə 50 cinayət açılıb, 69 axtarışda olan şəxs saxlanılıb
- Sentyabrın 16-da ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 69, o cümlədən borclu şəxs qismində axtarışda olan 52 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.