azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Respublikasının dövlət suverenliyi əbədidir” mövzusunda tədbir keçirilib

17-09-2025

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2025-ci il ərzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində bir sıra tədbirlər təşkil olunub. Növbəti tədbir 20 sentyabr – Suverenlik Günü ilə əlaqədar Xidmətin Aparatında keçirilib.

Tədbirə dəvət olunan Azərbaycan Dövlət İqtisad Universitetinin “Humanitar fənlər” kafedrasının baş müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru İbrahim Babayev “Azərbaycan Respublikasının dövlət suverenliyi əbədidir” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə ümummilli lider Heydər Əliyevin milli dövlətçilik tariximizdəki misilsiz xidmətləri, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün ərazilərində konstitusiya quruluşunun bərpa edilməsindən danışılıb və suverenlik, ərazi bütövlüyü kimi dəyərlərin qorunmasının önəmi vurğulanıb.

Qeyd edək ki, bununla əlaqədar olaraq Xidmətin yerli struktur qurumlarının şəxsi heyətinin iştirakı ilə ölkənin bütün şəhər və rayonlarında tədbirlər keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930