azturkxeber.az
http://azturkxeber.az

Zaqatalada “Mercedes” aşıb, xəsarət alanlar var

14-09-2025

Qax-Zaqatala avtomobil yolunun Zaqatalanın Muxax kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Muxax kənd sakininin idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. İlkin ehtimala görə, qəzaya səbəb yağışlı hava və yolun sürüşkən olmasıdır.

Hadisə yerinə Təcili Tibbi Yardım Mərkəzinin briqadası cəlb olunub. İlkin tibbi yardım göstərildikdən sonra xəsarət alanlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Baş vermiş qəza ilə bağlı araşdırmaya başlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930