azturkxeber.az
http://azturkxeber.az

Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək

14-09-2025

Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək

Türk Dövlətləri Təşkilatı (TDT) öz bayrağını kosmosa göndərəcək.

Bunu Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin Bişkekdə keçirilən dördüncü iclasının yekunlarına dair TDT Baş katibi Kubanıçbek Ömüralıyev bildirib.

Onun sözlərinə görə, TDT Türk dünyasının minillik tarixinə, mədəniyyətinə və irsinə əsaslanan unikal təşkilatdır. “Təşkilat çərçivəsində xarici siyasət, ticarət, iqtisadiyyat, kənd təsərrüfatı, turizm və hətta kosmos da daxil olmaqla 40-dan çox platforma yaradılıb. Biz tezliklə Türk dünyasının birliyinin simvolu olaraq TDT bayrağını kosmosa göndərəcəyik”, - deyə K.Ömüralıyev bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930