azturkxeber.az
http://azturkxeber.az

Süni intellekt həkimlərə emosiyaları tanımaqda kömək edir

14-09-2025

Süni intellekt həkimlərə emosiyaları tanımaqda kömək edir

Bakı, 14 sentyabr, AZƏRTAC

Yaponiyanın Tsukuba Universitetinin alimləri xəstələrin emosiyalarını başa düşmək üçün yeni multimodal süni intellekt sistemi hazırlayıblar. Texnologiya ürək döyüntüsü, tənəffüs, səs tonu və nitq məzmununu təmassız şəkildə toplayaraq analiz edir və emosional vəziyyəti müəyyənləşdirir.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, sınaqlarda sistem emosiyaları həkimlərdən daha yüksək dəqiqliklə tanıya bilib. Bu, həm müalicə nəticələrinin, həm də xəstə məmnunluğunun yaxşılaşmasına kömək edə bilər.

Ənənəvi olaraq empatiya həkimlər üçün vacib bacarıq sayılır. Lakin araşdırma göstərir ki, süni intellekt emosiyaların tanınmasında həkimləri üstələmək gücünə malikdir. Bundan əlavə, təmassız üsul xəstələr üçün daha rahatdır və əlavə fiziki-psixoloji yüklənmənin qarşısını alır.

Mütəxəssislər hesab edirlər ki, bu texnologiya həkimlərin “empatiya yorğunluğu” riskini azalda, həmçinin yaşlılara qulluq və psixi sağlamlıq dəstəyi kimi sahələrdə də geniş tətbiq oluna bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930