azturkxeber.az
http://azturkxeber.az

Oybek Xalilov: Türk Dünyası Sığorta Birliyinin yaradılması mühüm strateji addımdır

14-09-2025

Oybek Xalilov: Türk Dünyası Sığorta Birliyinin yaradılması mühüm strateji addımdır

2022-ci ildə Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın birgə təşəbbüsü ilə əsası qoyulan ideya bu gün artıq reallaşaraq Türk Dünyası Sığorta Birliyinin yenidən formalaşması və rəsmi imzalanması mərhələsinə yüksəlib. Bu tarixi hadisənin məhz Şuşada baş tutması xüsusi məna daşıyır. Şuşa yalnız Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün müqəddəs bir məkandır və burada keçirilən hər bir görüş, hər bir əməkdaşlıq addımı dərin rəmzi dəyərə malikdir.

Bunu Şuşa şəhərində keçirilən Türk Dünyası Sığorta Birliyinin birinci Assambleyasında jurnalistlərə müsahibəsində Özbəkistan Peşəkar Sığorta Bazarı İştirakçıları Assosiasiyasının sədri Oybek Xalilov deyib.

Oybek Xalilov Türk Dünyası Sığorta Birliyinin əhəmiyyətini qeyd edərək deyib: “Dövlətlərimizin liderləri dəfələrlə bu məkanda bir araya gəliblər. Bu gün isə biz həmin birliyin, həmrəyliyin davamı olaraq buradayıq. Birliyin yaradılması bizim üçün mühüm strateji addımdır. Bu təşəbbüs iştirakçı ölkələrin sığorta bazarlarında harmonizasiya, qarşılıqlı əməkdaşlıq və resursların səmərəli paylaşılması üçün yeni imkanlar açacaq. Bununla biz Türk dünyasında daha dayanıqlı, güclü və alternativ bir sığorta bazarının formalaşmasına töhfə verəcəyik.

Qlobal çağırışların və iqtisadi qeyri-müəyyənliklərin artdığı bir dövrdə ortaq tariximiz, oxşar ənənələrimiz və dərin qarşılıqlı anlaşmamız bizi bir-birimizə daha da yaxınlaşdırır. Bu Birlik yalnız bazarlarımızın inkişafına deyil, həm də ölkələrimizin vətəndaşlarının rifahına xidmət edəcək, qarşılıqlı faydalı əməkdaşlıq üçün münbit mühit yaradacaq.

Gələcəyə baxdıqda, biz bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, vahid məlumat bazalarının yaradılması və normativ tələblərin uyğunlaşdırılması istiqamətində də addımlar atmağı planlaşdırırıq. Xüsusilə sığorta reytinqi ilə bağlı müxtəlif qaydaların vahid normalarla əvəz olunacağına inanırıq. Bu, Türk dünyasının bütün sığorta şirkətlərinə daha geniş imkanlar verəcək və onları vahid bir sistemdə qarşılıqlı əməkdaşlığa təşviq edəcəkdir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930