azturkxeber.az
http://azturkxeber.az

Meksika Çin məhsullarına əlavə rüsum tətbiq etmək istəyir

14-09-2025

Meksika Çin məhsullarına əlavə rüsum tətbiq etmək istəyir

Meksika Çindən və digər Asiya ölkələrindən idxal edilən 1400 adda məhsula 50 faizədək rüsum tətbiq etmək istəyir.

Bu barədə ölkənin maliyyə naziri Marselo Ebrard məlumat verib. Nazir bildirib ki, məqsəd yerli sənayenin mühafizəsidir.

Rüsumlar artırılacağı təqdirdə ən çox Çin, Cənubi Koreya və Hindistandan olan ixracatçılar əziyyət çəkəcək. ABŞ və Kanada isə Meksika ilə sərbəst ticarət sazişinə görə heç bir təsir hiss etməyəcək.

Əlavə gömrük rüsumları başlıca olaraq avtomobil detalları, oyuncaqlar və mebelə şamil ediləcək.

Təklifin qəbul edilməsi üçün Konqresin razılığı tələb olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930