azturkxeber.az
http://azturkxeber.az

Ələt-Astara yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

14-09-2025

Ələt-Astara yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Sentyabrın 14-də saat 02:00 radələrində Ələt-Astara yolunun 7-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, İran vətəndaşı Shadman Taleshmikaei tərəfindən idarə olunan “Volvo” markalı, 91AA791 İİR nömrə nişanlı yük avtomobili texniki nasazlıq səbəbindən yol kənarında dayanmış “Cherry” markalı, 90 HD 133 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində “Cherry” markalı avtomobildə sərnişin qismində olan Sumqayıt şəhər sakini, 1999-cu il təvəllüdlü İbrahim Əhmədov hadisə yerində dünyasını dəyişib, digər sərnişin – Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Orxan Rüstəmzadə isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930