azturkxeber.az
http://azturkxeber.az

Beynəlxalq axtarışda olan 8 şəxs Türkiyəyə ekstradisiya olunub

14-09-2025

Beynəlxalq axtarışda olan 8 şəxs Türkiyəyə ekstradisiya olunub

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İnterpolun qırmızı bülleteni ilə axtarışda olan 8 nəfərin ölkəyə təhvil verildiyini açıqlayıb.

Türkiyəli nazir sosial şəbəkədə cinayətkarların Gürcüstan, Azərbaycan, Almaniya, Avstriya, Şimali Makedoniya və İrlandiyadan ekstradisiya edildiyini paylaşıb.

Yerlikayanın məlumatına görə, Ankaranın sorğusu ilə Azərbaycanda saxlanılan Türkiyə vətəndaşı İ.C. qəsdən adam öldürmə ittihamı ilə beynəlxalq axtarışa verilib.

Türkiyə Daxili İşlər Nazirliyinin başçısı əmin edib ki, axtarışda olan cinayətkarların heç biri ədalət məhkəməsindən qaça bilməyəcək.

Eyni zamanda, o, müxtəlif ölkələrin hüquq-mühafizə orqanları ilə beynəlxalq əməkdaşlığı yüksək qiymətləndirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930