azturkxeber.az
http://azturkxeber.az

Bakı Dövlət Universitetinin nümayəndəsi Ege Universitetində görüşlər keçirib

14-09-2025

Bakı Dövlət Universitetinin (BDU) rektorunun katibliyinin rəhbəri Mahir Pirquliyev Türkiyənin aparıcı ali təhsil ocaqlarından Ege Universitetində ezamiyyətdə olub. Səfər çərçivəsində BDU nümayəndəsi Ege Universitetinin rəhbər heyəti ilə bir sıra görüşlər keçirib, qarşılıqlı əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparıb.

Ege Universitetinin prorektoru Mehmet Ersan, Təbiət elmləri fakültəsinin dekanı Dinçer Ayaz, həmçinin digər fakültə və idarə rəhbərləri ilə baş tutan görüşlərdə iki ali məktəb arasında mövcud əlaqələrin gücləndirilməsi və yeni əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib.

Tərəflər ikili diplom proqramlarının yaradılması, birgə elmi layihələrin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsinin təşkili, həmçinin beynəlxalq konfrans və simpoziumların birgə keçirilməsi imkanlarını müzakirə ediblər. Eyni zamanda, müasir elm və texnologiyaların inkişafı fonunda ortaq layihələrin həyata keçirilməsi, xüsusilə təbiət elmləri və mühəndislik sahələrində birgə təşəbbüslərin reallaşdırılması məsələləri diqqət mərkəzində olub.

Görüşlər zamanı həmçinin Ege Universiteti ilə Bakı Dövlət Universiteti arasında uzunmüddətli strateji tərəfdaşlığın vacibliyi vurğulanıb və qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi barədə razılıq əldə edilib.

Səfərin sonunda Mahir Pirquliyev Ege Universitetinin rəhbərliyinə səmimi qəbula görə təşəkkürünü bildirib, gələcəkdə iki universitet arasında əlaqələrin daha sıx şəkildə davam edəcəyinə inamını ifadə edib.

Bu il 70 illik yubileyini qeyd edən Ege Universiteti Türkiyənin İzmir şəhərində yerləşən, ölkənin ən böyük və nüfuzlu ali təhsil müəssisələrindən biridir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930