azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan mətbəxi Höteborqda keçirilən kulinariya festivalında təqdim olunub

14-09-2025

İsveçin Höteborq şəhərində şəhər bələdiyyəsinin təşkilatçılığı ilə böyük kulinariya festivalı keçirilib.

Tədbirdə 30 ölkənin kulinariya ənənələri nümayiş etdirilib, onların arasında Azərbaycan qastronomiyası da layiqli yer tutub.

Azərbaycan Qarabağ Mərkəzi festival üçün zəngin çeşiddə milli yeməklər və şirniyyatlar hazırlayıb. Ziyarətçilərə dolma, plov, ənənəvi şirniyyatlar - paxlava və kətə təqdim olunub.

Qonaqların bir çoxu heyranlıqla Azərbaycanın milli kulinariya ənənələrinin özünəməxsus dadını və zənginliyini qeyd ediblər. Təşkilatçıların sözlərinə görə, xüsusən də bir dəfə milli xörəkləri dadmış qonaqların bu qastronomik təəssüratı təkrarlamaq üçün yenidən qayıtmaları uğurun sübutu olub.

“Biz ümid edirik ki, bu təqdimatla ölkəmizi layiqincə təmsil edə bildik. Festivalda iştirakımız Azərbaycan mətbəxinin zəngin, orijinal və dünya qastronomiya mədəniyyətinə layiq unikal dadlara malik olmasının daha bir təsdiqi oldu”, - deyə Azərbaycan Qarabağ Mərkəzinin sədri Ülviyyə Nəcəfova qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930