azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Almatıda MDB ölkələrinin gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrinin iclasında təmsil olunub

14-09-2025

Azərbaycan Almatıda MDB ölkələrinin gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrinin iclasında təmsil olunub

Almatı şəhərində MDB-nin iştirakçısı olan dövlətlərin Gömrük xidməti rəhbərləri Şurasının Hüquq-mühafizə orqanları rəhbərləri Komitəsinin 25-ci iclası keçirilib.

Tədbirdə Azərbaycan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan gömrük xidmətlərinin hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları iştirak ediblər.

MDB Gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrinin rəhbərləri Komitəsi Müstəqil Dövlətlər Birliyi ölkələri arasında gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yaradılmış əlaqələndirici orqandır.

İclasda qaçaqmalçılıqla mübarizə sahəsində mövcud çağırışlar, beynəlxalq ticarətdə yeni tendensiyalar, müasir texnologiyalardan istifadə və malların qeyri-qanuni hərəkət sxemlərinə nəzarətin təkmilləşdirilməsi müzakirə edilib.

Qaçaqmalçılıqla mübarizənin gücləndirilməsi və MDB ölkələrinin iqtisadi təhlükəsizliyinin qorunmasına dair beynəlxalq əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsi və birgə tədbirlərin işlənib-hazırlanmasına xüsusi diqqət yetirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930