azturkxeber.az
http://azturkxeber.az

İtkin şəhid Ayaz Zərbalıyev Göyçayda dəfn edilib

12-09-2025

Sentyabrən 12-də Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidi – Ayaz Əsgəralı oğlu Zərbalıyev Göyçay rayonunda dəfn olunub.

Əvvəlcə rayonun Potu kəndində vida mərasimi keçirilib.

Vida mərasimində şəhidin ailə üzvləri, kənd sakinləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə cənazə namazı qılınıb.

Vida mərasimindən sonra itkin şəhid Göyçay şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb, dualar oxunub.

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

Qeyd edək ki, A. Zərbalıyev 1969-cu ildə Göyçayın Potu kəndində anadan olub. O, 1993-cü ildə Kəlbəcər rayonunun Çərəkdar kəndi ərazisində gedən döyüşlərdə itkin düşüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930