azturkxeber.az
http://azturkxeber.az

Sosial şəbəkələr vasitəsilə qanunsuz nərə balığı və kürüsü satan şəxslərlə bağlı reydlər davam edir

10-09-2025

Sosial şəbəkələr vasitəsilə dənizdən ovlanmış balıq adı altında müxtəlif dəniz məhsullarının, o cümlədən nərə kürüsünün qanunsuz satışını həyata keçirən şəxslərlə bağlı araşdırmalar davam edir. Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin nümayəndələrinin Su Nəqliyyatında Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsinin əməkdaşları ilə birgə keçirdiyi reyd nəticəsində bu cür qanunsuz fəaliyyətlə məşğul olan şəxslər müəyyən edilib.

Reyd zamanı onlardan bir ədəd 8 kiloqramlıq nərə balığı, hər birinin çəkisi 1355 qram olan 3 ədəd və hər birinin çəkisi 113 qram olan 7 ədəd xüsusi qablaşdırılmış bankalarda nərə kürüsü aşkarlanıb. İlkin ekspertizanın rəyinə görə, satılan balıq məhsullarının təsərrüfat şəraitində yetişdirildiyi ehtimal olunur.

Faktla bağlı istintaq davam edir.

İctimaiyyətə bir daha xatırladırıq ki, qanunsuz balıq ovu və qadağan olunmuş balıqların ovlanması, emalı və satışı qadağandır və bu kimi hallara yol verən şəxslər barəsində qanuni tədbirlər görüləcəkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930