azturkxeber.az
http://azturkxeber.az

Naxçıvan Muxtar Respublikasında Təcili Tibbi Yardım Xidmətinin Gücləndirilməsi üzrə Görülən Tədbirlər

10-09-2025

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na əsasən Tibb sahəsi üzrə dövlət xidmətlərinin inkişaf etdirilməsi isitqamətində icra edilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikasında Təcili Tibbi Yardım Xidmətinin fəaliyyətinin gücləndirilməsi, yeni briqadaların formalaşdırılması və maddi-texniki bazanın təkmilləşdirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilmişdir.

Bu tədbirlər çərçivəsində Təcili Tibbi Yardım Xidmətinin müasir tələblərə cavab verən səviyyədə təşkili və əhaliyə operativ xidmətin göstərilməsi üçün bir sıra mühüm addımlar atılmış, köhnə təcili yardım avtomobillərinin daxili təchizatı yenilənmişdir. Yeni təchizatlar ilə təchiz edilmiş avtomobillər, Təcili Tibbi Yardım briqadalarının vətəndaşlara göstərdiyi xidmətin keyfiyyətini artırmaqla, ən qısa zamanda effektiv müdaxilənin təmin edilməsinə imkan verir.

Yeni avadanlıqlar və zəruri tibbi ləvazimatların alınması üçün dövlə büdcəsindən ayrılmış vəsait hesabına ümumilikdə 22 adda avadanlıq və ləvazimat təmin edilmişdir. Alınan avadanlıqlar arasında süni tənəffüs cihazları, portativ aspiratorlar, ambulans üçün portativ aspiratorlar, baş üçün immobilizasiya yastıqları, boyunluqlar, pnevmatik şinalar dəsti, səyyar təzyiq ölçən cihazlar, stasionar təzyiq ölçən, tam təchizatlı təcili tibbi yardım çantaları, yanıq dəstləri, təcili doğum dəstləri, torakal drenaj seti, diaqnostik dəst, defibrilyatorlar və digər zəruri tibbi ləvazimatlar yer alır.

Qeyd olunmalıdır ki, görülən tədbirlər yalnız maddi-texniki bazanın gücləndirilməsi ilə məhdudlaşmır. Yeni briqadaların formalaşdırılması, personalın ixtisasının artırılması və müasir tibbi texnologiyaların tətbiqi ilə xidmətin keyfiyyəti daha da yüksəldilmişdir. Bu addımlar, Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması və təcili tibbi yardımın operativliyinin təmin edilməsi sahəsində aparılan kompleks işlərin mühüm tərkib hissəsini təşkil edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930