azturkxeber.az
http://azturkxeber.az

Komitə sədri: Azərbaycan AŞPA ilə əməkdaşlığa açıqdır, lakin qərəzli yanaşmalar qəbulolunmazdır

10-09-2025

Komitə sədri: Azərbaycan AŞPA ilə əməkdaşlığa açıqdır, lakin qərəzli yanaşmalar qəbulolunmazdır

Azərbaycan beynəlxalq təşkilatlarla, o cümlədən AŞPA ilə əməkdaşlığa açıqdır və bu istiqamətdə heç bir “qapı” ölkəmiz tərəfindən bağlanmayıb. Azərbaycanın mövqeyi aydındır və konstruktiv əməkdaşlıq prinsipinə əsaslanır. Lakin buna baxmayaraq, bəzi qüvvələrin məqsədli şəkildə ölkəmizə qarşı qərəzli və ədalətsiz mövqe nümayiş etdirməsi AŞPA ilə münasibətlərdə gərginlik yaradıb.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin sentyabrın 10-da keçirilən iclasında çıxışı zamanı səsləndirib.

O xatırladıb ki, məhz Azərbaycanın milli maraqlarına zidd olan bu yanaşmalar nəticəsində ölkənin AŞPA-dakı nümayəndə heyəti fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Səməd Seyidovun sözlərinə görə, Azərbaycan açıq və şəffaf mövqe nümayiş etdirərək, tərəfdaşlıq və dialoq imkanlarını hər zaman dəstəkləyib. Lakin AŞPA-nın bəzi üzvləri tərəfindən nümayiş etdirilən ikili standartlar və qeyri-obyektiv münasibət bu əməkdaşlığı səmərəsiz hala gətirib: “Azərbaycan heç vaxt beynəlxalq arenadan çəkilməyi düşünməyib və bu gün də bütün beynəlxalq qurumlarla dialoqa hazırdır. Lakin biz yalnız ədalətli, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq formatında iştirak edə bilərik. AŞPA anlamalıdır ki, Azərbaycan artıq başqa bir reallıqda yaşayır və bu reallığı nəzərə almadan münasibətlərdə irəliləyiş mümkün deyil”.

Sonra Səməd Seyidov əlavə edib ki, ölkəmiz öz prinsipial mövqeyindən geri çəkilməyəcək və milli maraqları hər zaman prioritet olaraq qalacaq. O, bəzi beynəlxalq təşkilatları qərəzli yanaşmalardan imtina etməyə və regionda baş verən proseslərə obyektiv yanaşmağa çağırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930