azturkxeber.az
http://azturkxeber.az

Çinli nümayəndə: AQEM-in transformasiyası üçün biz dayanıqlı, sabit platforma yaratmalıyıq

10-09-2025

Çinli nümayəndə: AQEM-in transformasiyası üçün biz dayanıqlı, sabit platforma yaratmalıyıq

AQEM-in transformasiyası üçün biz dayanıqlı, sabit platforma yaratmalı, yeni ehtiyacları müəyyənləşdirməliyik. Biz AQEM-in tədricən, mərhələli və konsensusa əsaslanan tamhüquqlu regional beynəlxalq təşkilata çevrilməsi üçün strukturlaşdırılmış, inklüziv və şəffaf danışıqlar prosesinə başlamalıyıq. Təşkilatımız bütün üzv dövlətlərin maraq dairələrində, eyni məqsəd və prinsipləri bölüşən digər dövlətlər və təşkilatlarla nəticəyönümlü və konsensusa əsaslanan çoxtərəfli əməkdaşlığı gücləndirməlidir.

Bu sözləri “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının “Beynəlxalq təşkilat kimi AQEM - transformasiya və institusional potensialın artırılması” mövzulu iclasında Çinin Beynəlxalq Münasibətlər İnstitutunun direktor müavini Wang Zhen deyib.

Çinli nümayəndə diqqətə çatdırıb ki, qüdrətli qüvvələr arasında yenidən ciddi dəyişikliklər baş verir və son 7-10 ildə dünyamızın çoxqütblülüyü daha da artmaqdadır. Onun sözlərinə görə, yeni formalaşan ölkələr sürətlə inkişaf edir və yaxın gələcəkdə beynəlxalq münasibətlərdə öz sözlərini deyə biləcəklər.

Wang Zhen bildirib ki, hazırkı dünya xaotik xarakter daşıyır və bunun müxtəlif təzahürlərini kifayət qədər görmək mümkündür. O, həmçinin qeyd edib ki, yeni dünya düzəni də bir sıra dəyişikliklərdən keçir və mövcud boşluqları doldurmaq üçün beynəlxalq təşkilatlar qlobal miqyasda daha fəal rol oynamalıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930