azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan və Özbəkistan parlament aparatları arasında əməkdaşlıq genişlənir

10-09-2025

Sentyabrın 10-da Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyevin başçılıq etdiyi Azərbaycan Parlamenti Aparatının nümayəndə heyəti Özbəkistana səfər edib, Daşkənd şəhərində Özbəkistan Ali Məclisi Senatının Aparat rəhbəri Kudrat Nurullayevlə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Özbəkistan-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq və əməkdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdıran Kudrat Nurullayev bu münasibətlərin inkişafında dövlət başçılarımızın xüsusi rolunu qeyd edib. Bildirilib ki, Bakıda Özbəkistanın yeni səfirlik binasının açılışı və “Özbəkistan” parkının təməlinin qoyulması, həmçinin Özbəkistanda Azərbaycanla bağlı həyata keçirilməsi nəzərdə tutulan layihələr ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyəsindən xəbər verir.

Parlamentlərarası münasibətlərdən danışan Aparat rəhbəri bildirib ki, parlamentlərimiz arasında aktiv dialoq və sıx əməkdaşlıq mövcuddur. Bu münasibətlərin tərkib hissəsi olaraq parlament aparatları arasında da əməkdaşlıq günü-gündən inkişaf edir.

Aparat rəhbəri diqqətə çatdırıb ki, ölkələrimiz arasındakı tarixi köklərə əsaslanan münasibətlər bu gün prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev tərəfindən yeni səviyyəyə yüksəlib.

İki ölkənin parlamentlərarası əlaqələrindən danışan Fərid Hacıyev bu sahədə parlament sədrlərinin qarşılıqlı səfərlərinin və parlament təşkilatlarındakı dəstəyin əhəmiyyətini vurğulayıb. Aparat rəhbəri bu il Özbəkistanın paytaxtı Daşkənddə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin IV konfransının, həmçinin Xivə şəhərində Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumunun yüksək səviyyədə təşkilinə görə Özbəkistan tərəfinə təşəkkürünü bildirib.

İki ölkə parlamentinin aparatları arasında əlaqələrin uğurlu inkişafından məmnunluqla danışan F.Hacıyev konstruktiv əməkdaşlığın və qarşılıqlı təcrübə mübadiləsinin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Sonra görüş qarşılıqlı sual-cavab və tərəfləri maraqlandıran məsələlərin müzakirəsi ilə davam etdirilib.

Daha sonra Parlament Aparatının nümayəndə heyəti Özbəkistan Ali Məclisi Senatı Aparatının Nəzarət-analitika idarəsinin, Nəzarət-analitika idarəsinin Nəzarət və məlumat-analitik şöbəsinin, Ərazilərin sosial-iqtisadi inkişafı və büdcə şöbəsinin, Ərazi nümayəndəlik orqanlarının fəaliyyətinin öyrənilməsi mərkəzinin əməkdaşları ilə də görüş keçiriblər və bu şöbələrin fəaliyyəti ilə tanış olublar.

Görüşdən əvvəl Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyevin başçılıq etdiyi Parlament Aparatının nümayəndə heyətinin üzvləri aparatlar arasında təcrübə mübadiləsi çərçivəsində Özbəkistan Ali Məclisi Senatının inzibati binasında olublar, burada Mətbuat mərkəzinin, kitabxananın, mətbəənin, müxtəlif şöbələrin fəaliyyəti ilə maraqlanıblar, senatorlar və Aparat əməkdaşları üçün yaradılmış iş şəraiti ilə tanış olublar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930