Sentyabrın 9-da Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Koreya Respublikasının paytaxtı Seul şəhərində ölkəmizin turizm potensialının təbliği məqsədilə turizm sənayesi və media nümayəndələri üçün mətbuat konfransı və şəbəkələşmə tədbiri keçirilib.
Tədbirə media qurumlarının, turizm agentliklərinin, hotellərin, eləcə də “Korean Air”, “Flydubai” və “Qatar Airways” kimi beynəlxalq aviaşirkətlərin nümayəndələri daxil olmaqla, 80-dən çox iştirakçı qatılıb.
Mətbuat konfransında koreyalı media nümayəndələri Azərbaycanın turizm potensialı və son yenilikləri barədə ətraflı məlumatlandırılıblar.
Tədbirdə Azərbaycan Respublikasının Koreya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov iştirak edib.
Şəbəkələşmə proqramı çərçivəsində keçirilən B2B formatlı görüşlərdə koreyalı turizm agentlikləri ilə yerli turizm şirkətləri, hotellər və beynəlxalq aviaşirkətlərin nümayəndələri arasında əməkdaşlıq imkanları müzakirə olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.