azturkxeber.az
http://azturkxeber.az

“AzInTelecom” şəhid övladlarına dəstək olub

10-09-2025

“AzInTelecom” şəhid övladlarına dəstək olub

Yeni tədris ili öncəsi “AzInTelecom”un dəstəyi, “YAŞAT” Fondunun təşkilatçılığı ilə respublikanın müxtəlif regionlarında “Məktəbli ləvazimatları” layihəsi həyata keçirilib.

“AzInTelecom”dan bildirilib ki, layihə çərçivəsində 1500-ə yaxın şəhid övladına dərs ləvazimatlarından ibarət hədiyyə qutuları göndərilib. Qutulara məktəb çantası, dəftər, xəritə, gündəlik, termos, stolüstü lampa və digər zəruri tədris ləvazimatları qoyulub.

“AzInTelecom” üçün gənc nəslin təhsili və inkişafı xüsusi əhəmiyyət kəsb edir. Şirkət daha əvvəl “YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən “Hədiyyə karvanı” layihəsinə də dəstək göstərib.

““AzInTelecom” hər zaman bu istiqamətdəki sosial layihələrə dəstək göstərəcəyini bir daha bəyan edir”,- deyə məlumatda qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930