azturkxeber.az
http://azturkxeber.az

Aqrar Tədqiqatlar Mərkəzində IWMI-nin regional ofis rəhbəri ilə görüş keçirilib

10-09-2025

Aqrar Tədqiqatlar Mərkəzində (ATM) Beynəlxalq Suyun İdarəolunması İnstitutunun (IWMI) Özbəkistan üzrə ölkə təmsilçisi, eləcə də İnstitutun Mərkəzi Asiya üçün Regional Ofisinin rəhbəri xanım Barbara Yanuş-Pauletta ilə görüş keçirilib. Görüş zamanı qurumlar arasında əməkdaşlıq imkanları müzakirə edilib.

Qonağı salamlayan ATM-in direktorunun müavini Namiq Şalbuzov Mərkəzin fəaliyyət istiqamətləri, Azərbaycanın kənd təsərrüfatı, kənd təsərrüfatında suvarma infrastrukturu, su ehtiyatları və suvarma sistemləri haqqında geniş məlumat verib. O, hazırda ölkədə kənd təsərrüfatı məhsullarının böyük hissəsinin suvarılan ərazilərdə istehsal edildiyini, bununla əlaqədar olaraq suvarma sistemlərinin yenilənməsinə, suvarma suyundan istifadə sahəsində daha effektiv monitorinq sisteminin tətbiqinə, suvarma sistemlərinin idarə edilməsində innovativ yanaşmaların tətbiqinə ehtiyacın olduğunu qeyd edib.

Barbara Yanuş-Pauletta da öz növbəsində IWMI-nin əsas fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıq prioritetləri haqda geniş məlumat verib. IWMI-nin fəaliyyət zonasını Cənubi Qafqaza doğru genişləndirmək niyyətində olduğunu bildirən qonaq qeyd edib ki, Azərbaycan bu baxımdan regionda əsas tərəfdaşlardan biri kimi qiymətləndirilir.

Qarşılıqlı məlumat mübadiləsi şəraitində keçən görüşün sonunda Azərbaycanda su ehtiyatlarının dayanıqlı idarəedilməsi ilə bağlı strategiyanın hazırlanması, təcrübə və bilik mübadiləsi, təlim və seminarların təşkili və bir sıra digər istiqamətlərdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

IWMI 1984-cü ildə yaradılıb və hazırda dünyanın su problemləri üzrə aparıcı elmi-tədqiqat müəssisələrindən biridir. Eyni zamanda, IWMI Beynəlxalq Kənd Təsərrüfatı Elmi Tədqiqat Mərkəzləri Konsorsiumunun (CGIAR) üzvüdür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930