azturkxeber.az
http://azturkxeber.az

Sentyabrın 16-da Baş prokuror Naxçıvanda vətəndaşları qəbul edəcək

08-09-2025


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il sentyabrın 16-da, saat 10:00-da Naxçıvan Muxtar Respublikası prokurorluğunun inzibati binasında Naxçıvan şəhər, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayon sakinlərinin qəbulunu keçirəcək.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Naxçıvan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli, Naxçıvan Muxtar Respublikası prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin (036)-550-14-96 nömrəli telefonu, contact@prosecutor.gov.az və nakhchivan.mr@prosecutor.gov.az elektron poçt ünvanları, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook, X) vasitəsilə də qəbula yazıla bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930