azturkxeber.az
http://azturkxeber.az

Tramp: Aİ ABŞ texnologiya şirkətlərini cərimələməkdə davam edərsə, onlara tarif tətbiq edəcəyik

06-09-2025

Tramp: Aİ ABŞ texnologiya şirkətlərini cərimələməkdə davam edərsə, onlara tarif tətbiq edəcəyik

Avropa İttifaqı (Aİ) ABŞ texnologiya şirkətlərini cərimələməkdə davam edərsə, Prezident Donald Tramp onlara qarşı tarif tətbiq edəcək.

Bu barədə “Truth” sosial şəbəkəsindəki hesabında yazan Tramp Avropa İttifaqının “Google”u 3,5 milyard dollar cərimə etməsinin çox ədalətsiz olduğunu bildirib.

Onun sözlərinə görə, Aİ ABŞ şirkətlərini cəzalandırmaqda davam edərsə, 1974-cü il Ticarət Qanununun 301-ci maddəsinə uyğun rüsumundan istifadə edəcək.

Prezident Aİ-nin “Apple”a tətbiq etdiyi cəriməyə də etiraz edib.

Qeyd edək ki, Tramp Ağ Evdə texnoloji şirkətlərin rəhbərləri və təsisçiləri ilə nahar edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930