azturkxeber.az
http://azturkxeber.az

Avropa Komissiyası “Google”u 2,95 milyard avro məbləğində cərimələyib

06-09-2025

Avropa Komissiyası “Google”u 2,95 milyard avro məbləğində cərimələyib

Avropa Komissiyası reklam biznesində rəqabət qaydalarının pozulmasına görə “Google”u 2,95 milyard avro məbləğində cərimələyib.

Bu cərimə Avropa İttifaqı (Aİ) tərəfindən onlayn reklam texnologiyası sahəsində sui-istifadə praktikaları ilə əsaslandırılıb. Komissiyanın araşdırmasına görə, “Google” bazarda dominant mövqeyindən sui-istifadə edərək 2014-cü ildən etibarən öz məhsullarına üstünlük qazandırıb. Aİ-nin qənaətinə əsasən, “Google”un biznes modeli maraq toqquşması yaradır. Belə ki, texnologiya şirkəti bir tərəfdən reklamları özü yerləşdirir, digər tərəfdən isə reklam verənlərlə onlayn reklam yeri təqdim edənlər arasında vasitəçilik edir. Şirkət reklam yerlərinin vasitəçiliyi üçün özünə məxsus bazar meydanı saxlayır.

Avropa Komissiyası “Google”dan özünə üstünlük verməyi dayandırmağı tələb edir. Texnologiya nəhənginə biznes modelini tələblərə uyğunlaşdıraraq Komissiyaya plan təqdim etmək üçün 60 gün vaxt verilib.

“Google” qərarla razılaşmayaraq, apellyasiya şikayəti verəcəyini açıqlayıb.

Avropa Komissiyası 2018-ci ildən sonra “Google” və onun əsas şirkəti “Alphabet”ə qarşı ümumilikdə 8 milyard avro həcmində bir neçə rəqabət cəriməsi tətbiq edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930