azturkxeber.az
http://azturkxeber.az

Araşdırma: Stres və sosial problemlər piylənmə böhranını alovlandırır

06-09-2025

Araşdırma: Stres və sosial problemlər piylənmə böhranını alovlandırır

ABŞ-də piylənmə sürətlə artır və artıq yetkinlərin təxminən 40 faizinə təsir göstərir.

UCLA Health-in yeni araşdırmasına görə, bu böhranın səbəbləri yalnız pəhriz və hərəkətsizlik deyil, həm də stres və sosial çətinliklərdir.

“Clinical Gastroenterology and Hepatology” jurnalında dərc olunan məqalədə gəlir səviyyəsi, təhsil, səhiyyə xidmətinə çıxış, yaşanılan ərazi, ayrı-seçkilik, uşaqlıqda mənfi hadisələr və sosial təcridin piylənmənin əsas amilləri olduğu vurğulanır. Mütəxəssislər bildirirlər ki, stres və çətinliklər bağırsaq bakteriyalarını və beyin fəaliyyətini dəyişdirərək iştahanı, qida seçimlərini və metabolizmi təsir edir. Bu dəyişikliklər insanların qeyri-sağlam qidalara meylini gücləndirir və kilo verməyi çətinləşdirir.

Araşdırma, həmçinin göstərir ki, sosial-iqtisadi çətinliklər, ucuz və emal olunmuş qidalara asılılıq, təhlükəsiz idman məkanlarının çatışmazlığı və irqçilik kimi amillər piylənmə riskini artırır. Sosial təcrid isə beyində iştah və qərarverməni idarə edən şəbəkələri pozaraq riski daha da yüksəldir. Mütəxəssislər hesab edirlər ki, piylənmənin qarşısını almaq üçün ikili yanaşma lazımdır: fərdlər üçün fərdiləşdirilmiş tibbi yardım və sosial problemləri aradan qaldıran sistemli siyasət islahatları. Bununla yanaşı, insanlar da şəxsi səviyyədə addımlar ata bilərlər. Sağlam qidaları seçmək, sosial əlaqələri gücləndirmək, fiziki fəaliyyət və stresi azaldan məşğuliyyətlərlə məşğul olmaq sağlamlığa dəstək ola bilər.

UCLA-dan dr. Arpana Church qeyd edir ki, səhiyyə mütəxəssisləri yalnız tibbi müalicə ilə kifayətlənməməli, həm də sosial amilləri nəzərə alaraq daha fərdiləşdirilmiş planlar təqdim etməlidirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930