azturkxeber.az
http://azturkxeber.az

Almaniyanın iki əyalətində polis əməkdaşlarına hücum edən şəxslər zərərsizləşdiriliblər

06-09-2025

Almaniyanın iki əyalətində polis əməkdaşlarına hücum edən şəxslər zərərsizləşdiriliblər

Almaniyanın Şimali Reyn-Festfaliya əyalətinin Sassenberq şəhərində polis bıçaqla hücum edən 25 yaşlı kişiyə atəş açaraq ağır yaralayıb.

Prokurorluq və polis orqanlarının məlumatında qonşuları ilə mübahisə zamanı iki nəfərə xəsarət yetirən xorvatiyalı şəxsin daha sonra polis əməkdaşlarına hücum etdiyi bildirilib. Polis əməkdaşları dəfələrlə etdikləri xəbərdarlıqlara məhəl qoymayan həmin şəxsə atəş açmaq məcburiyyətində qalıblar. Sinəsindən xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Oxşar hadisə Baden-Vürttemberq əyalətinin Ulm şəhərində də baş verib. Bu dəfə isə polisə bıçaqla hücum edən şəxsə atəş açılıb. Lakin onun ciddi xəsarət almadığı, zərərsizləşdirilərək xəstəxanaya aparıldığı bildirilir.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930