azturkxeber.az
http://azturkxeber.az

Ombudsman Aparatında yüksək bal toplayan abituriyent və ictimai fəal gənclər üçün info-tur təşkil olunub

05-09-2025

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində cari ildə Nizami rayonu üzrə yüksək bal toplayan abituriyentlərin və ictimai fəal gənclərin “Müvəkkillik Missiyası: Hüququnu bilən gənc suveren və güclü Azərbaycanın təminatıdır” layihəsi çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatına info-tur təşkil olunub.

İnfo-tur zamanı gənclərə insan hüquq və azadlıqlarının mahiyyəti, Azərbaycanda insan hüquqlarının təmini istiqamətində aparılmış hüquqi islahatlar, məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaranması və fəaliyyətinin hüquqi əsasları barədə ətraflı məlumat verilib.

Eyni zamanda, gənclər Ombudsman Aparatının strukturu, vətəndaşların müraciətlərinə operativ cavab verən çağrı mərkəzinin fəaliyyəti, müasir standartlara uyğun qurulmuş vətəndaşların qəbul mərkəzində yaradılan şərait, sosial şəbəkələr vasitəsilə müraciətlərin qəbulu imkanları və innovativ yanaşmalar əsasında həyata keçirilən digər istiqamətlər barədə ətraflı məlumatlandırılıblar.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb, onlara təhsil həyatında uğurlar arzulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930