azturkxeber.az
http://azturkxeber.az

Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının tərkibində dəyişiklik olub

05-09-2025

Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının tərkibində dəyişiklik olub

Milli Olimpiya Komitəsinin (MOK) Atletlər Komissiyasının iclası keçirilib.

MOK-dan bildirilib ki, MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev Atletlər Komissiyasının həyata keçirdiyi layihələr barədə məlumat verib.

İclasda komissiyanın yeni tərkibi müəyyənləşib. Atletlər Komissiyanın sədri olan Rüstəm Orucovun (cüdo) yerinə Fəridə Əzizova (taekvondo) sədr seçilib. O, indiyə qədər Atletlər Komissiyasının sədr müavini kimi fəaliyyət göstərib.

Qeyd edək ki, 2025-2028-ci illər dövrü üçün Fəridə Əzizova (taekvondo) komissiyanın sədri, Leyla Əliyeva (cüdo), İradə Aşumova (atıcılıq), Hacı Əliyev (güləş), Nazim Babayev (atletika), Rafiq Hüseynov (güləş), Fatimə Alkərəmova (üzgüçülük), Rəsul Çunayev (güləş) komissiyanın üzvləri kimi fəaliyyət göstərəcəklər.

Səsvermədən sonra Atletlər Komissiyasının gələcək fəaliyyəti barədə müzakirələr aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930