azturkxeber.az
http://azturkxeber.az

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatı

05-09-2025

Paytaxtın Heydər Əliyev prospekti, köməkçi yola daxil olmaq istəyən yük avtomobili nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasına səbəb oldu

Ötən gün axşam saatlarında üzərində avtomobillər daşıyan yük avtomobili Heydər Əliyev prospekti, köməkçi yola daxil olarkən düzgün dönmə əməliyyatı edə bilmədiyindən bardürün üzərinə çıxaraq yolda qalıb. Nəticədə prospektdən “Koroğlu” metro stansiyası istiqamətində 16 dəqiqə müddətində nəqliyyatın hərəkəti məhdudlaşıb. Dərhal yol polisi əməkdaşları tərəfindən həm əsas, həm də köməkçi yolda zəruri tədbirlər görülüb. Yük avtomobilinin hərəkəti bərpa olunub. Qəza riski və məhdudiyyət aradan qaldırılıb.

Bununla yanaşı, bəzi yük avtomobillərinin sürücüləri nəqliyyat vasitəsinin qabarit hündürlüyünü nəzərə almadığından prospektdən mərkəz istiqamətinə hərəkət etdikdə “Bağırov” tunelindən keçə bilmirlər. Onlar belə vəziyyətdə sağ kənar yola keçmək üçün geriyə hərəkət etdiyindən yolda qəza riski və sıxlıq yaranır. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi belə sürücülərə qeyd edilənləri nəzərə almağı və qaydalara əməl etməyi tövsiyə edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930