“Vətəndə işləmək bizim üçün qürurdur”


“Xan Qarabağ Tekstil”in əməkdaşı Arif Xanlarov 38 il sonra doğma yurduna - Xankəndiyə geri dönüb. O, 7-ci sinifdə oxuyarkən məcburən şəhərdən ayrılmışdı. İndi isə o, doğma torpağının iqtisadi inkişafına töhfə verən şəxs kimi qayıdıb.
Öz hisslərini bölüşən Arif Xanlarov deyir: “Vətəndə işləmək bizim üçün qürurdur. Bu torpaqda yaşamaq hər şeyə dəyər.”
Onun bu qayıdışı Vətən sevgisinin və işğaldan azad edilmiş torpaqlarda həyatın canlanmasının nümunəsidir.
QayıdışHekayəsi Məşğulluq İşİmkanları
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: