Vilayət Eyvazov Naftalan Şəhər Polis Şöbəsində növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib



Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Naftalan Şəhər Polis Şöbəsində növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib.
İki gün ərzində nazir 172 vətəndaşın müraciətini dinləyib, problemlərinin həlli üçün tapşırıqlar verib.
Keçirilən sıra baxışında polis orqanlarında xidmət etmək arzusunda olan 121 gənc seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 16-sı Vətən müharibəsi iştirakçısıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: