azturkxeber.az
http://azturkxeber.az

Səlahiyyətli nümayəndə şəhid övladını ali məktəbə qəbul olunması münasibətilə təbrik edib

04-09-2025

Sentyabrın 4-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Vətən müharibəsi şəhidi, "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmiş Ruzi İbrahimovun övladı Gülay İbrahimova ilə görüşüb.

Səlahiyyətli nümayəndə Gülay İbrahimovanı tələbə adını qazanması münasibətilə ürəkdən təbrik edib, ona sağlam həyat, təhsilində və gələcək fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, dövlətimiz Vətən fədailərinin qəhrəmanlıqlarını unutmur, onların bizə əmanəti olan övladlarına daim xüsusi qayğı göstərir.

Gülay İbrahimova səmimi görüşə görə təşəkkür edib. Məlumat verib ki, Bakı Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olunub. Ali təhsilini uğurla davam etdirərək qəhrəman atasının uğrunda canından keçdiyi Vətəninə layiqli bir övlad kimi yetişməyi qarşısına məqsəd qoyub.

Səlahiyyətli nümayəndə şəhid övladı ilə səmimi söhbət edib, onun qayğıları ilə maraqlanıb.

Fuad Nəcəfli şəhid övladına hədiyyələr təqdim edib, onunla xatirə fotosu çəkdirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930