Sabah Bakıda startı veriləcək Airbadminton üzrə Avropa çempionatında rəqiblərimiz müəyyənləşib
Millimiz Niderland və Xorvatiya yığmaları ilə birgə "B" qrupunda yer alıb.
Komandamız ilk oyununu sentyabrın 5-də Xorvatiya yığmasına qarşı keçirəcək. Oyun saat 16:00-da başlayacaq.
"A" qrupunda Fransa, Bolqarıstan və Gürcüstan, "C" qrupunda isə Almaniya, Türkiyə və Yunanıstan seçmə kollektivləri yer alıb.
Qarşılaşmalar Avropa Oyunları Parkında keçirilir.
Airbadminton üzrə Avropa çempionatına sentyabrın 7-də yekun vurulacaq.