azturkxeber.az
http://azturkxeber.az

Portuqaliyada funikulyor qəzasında xəsarət alanların sayı artıb

04-09-2025

Portuqaliyada funikulyor qəzasında xəsarət alanların sayı artıb

Portuqaliyanın paytaxtı Lissabonda “Gloria” funikulyorunda baş verən qəza nəticəsində xəsarət alanların sayı 23 nəfərə çatıb.

“Observador” nəşrinin məlumatına görə, həkimlər yaralılardan beşinin vəziyyətini ağır olaraq qiymətləndirir. Qəza zamanı sağ qalanların arasında Almaniyadan olan üçyaşlı körpə də var. Azyaşlının anası kritik vəziyyətdədir, atası isə həyatını itirib.

“Carris” şirkətinin büdcə çərçivəsini aşması səbəbindən funikulyorun texniki baxışı ilə bağlı tender bu ilin avqust ayında ləğv olunmuşdu.

Xatırladaq ki, sentyabrın 3-də axşam saatlarında “Gloria” funikulyoru relsdən çıxaraq aşıb. Hadisə nəticəsində azı 15 nəfər həlak olub. Faciə ilə bağlı Lissabon şəhərində üçgünlük matəm elan edilib.

“Elevador da Gloria” adlı funikulyor Lissabonun mərkəzini Bairru-Altu rayonu ilə birləşdirir. XIX əsrdə istifadəyə verilən nəqliyyat vasitəsi 2002-ci ildə milli abidə statusu alıb. Hər il 3 milyondan çox sərnişin daşıyan funikulyor 2018-ci ildə də relsdən çıxmış, lakin həmin vaxt ölən olmamışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930